Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanda "qadınların tez-tez ziyarət etdiyi yerlərə" baxan yaşayış binalarında pəncərələrin tikilməsi qadağan edilib. “
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, , bu barədə “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadənin fərmanında deyilir.
Yeni tikililərdə “həyəti, mətbəxi, qonşunun quyusu və qadınların çox istifadə etdiyi digər yerləri” görmək mümkün olan pəncərələr olmamalıdır. Sərəncamda deyilir ki, belə pəncərələr varsa, sahiblərdən “qonşuların narahatçılığının qarşısını almaq üçün” divar tikmələri və ya mənzərəni kəsmələri xahiş olunacaq.
Bələdiyyə orqanları və digər aidiyyatı idarələr qonşuların evlərinə baxmaq mümkün olmaması üçün tikinti sahələrinə nəzarət etməli olacaqlar.
Qeyd edək ki, “Taliban” avqust ayında Əfqanıstanda ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda hakimiyyəti ələ keçirib. Tezliklə ölkəyə nəzarəti ələ keçirdikdən sonra Taliban qadınlara qarşı sərt məhdudiyyətlər tətbiq edib.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ