Onlayn ictimai-siyasi qəzet
“Taliban” lideri Əfqanıstan rəsmilərinə onun icazəsi olmadan xaricə səfər etməyi qadağan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Etilaatroz" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, “Taliban” lideri Molla Heybətullah Axundzadənin göstərişi ilə ən azı min xüsusi təyinatlı döyüşçü ölkənin hava limanlarında, o cümlədən Kabildə yerləşdirilib.
Bu qüvvələr birbaşa ona tabe olan xüsusi bölmənin üzvləridir.
Məqalə müəllifləri hesab edirlər ki, “Taliban” liderinin bu addımı qızlar və qadınlar üçün təhsil qadağasının ləğvini dəstəkləyən xarici işlər nazirinin müavini Məhəmməd Abbas Stanikzayın ölkədən qaçması ilə bağlı xəbərlərlə əlaqəlidir.
Müxalif informasiya agentlikləri onun xaricə getdiyini iddia edirlər.
İqbal,
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ