Onlayn ictimai-siyasi qəzet
Almaniyanın bir neçə şəhərində ötən ilin dekabr ayında 270-dən çox avtomobilə hücum edilməsi hadisələrinin arxasında Rusiyanın dayana biləcəyi ehtimal edilir. Naməlum şəxslər avtomobillərin eqzoz (qlüşitel) borularına köpük sıxıb və üzərlərinə "Yaşıllar Partiyası"nı tənqid edən afişalar yapışdırıblar.
Almaniya təhlükəsizlik orqanları bu hadisələri 23 fevralda keçiriləcək federal seçkilərlə bağlı sabotaj kimi qiymətləndirir. Onlar eyni zamanda, hücumların Rusiyanın dəstəklədiyi təşkil olunmuş kampaniyanın bir hissəsi olduğunu düşünürlər.
Brandenburqda polis yoxlaması zamanı üç şübhəli saxlanılıb. Onların evlərində hücumlarda istifadə olunan köpük qabları, mobil telefonlar və kompüterlər aşkarlanıb. Şübhəlilərdən biri eyni sxemlə rus əsilli bir Serbiya vətəndaşından tapşırıq aldıqlarını etiraf edib. O, avtomobilləri zədələdikdən sonra onların fotolarını həmin şəxsə göndərdiklərini və hər avtomobil üçün 100 avro aldıqlarını bildirib.
Almaniya kəşfiyyatı seçkilər ərəfəsində Rusiyanın ölkədə casusluq və sabotaj fəaliyyətlərini artırdığı barədə xəbərdarlıq edib. Konstitusiyanı Qoruma İdarəsi (BfV) Rusiya kəşfiyyatının Almaniyada daha aqressiv fəaliyyət göstərdiyini bəyan edib.|Yenisabah.az
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ