Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralından rayonun Əsgərabad kəndinə giriş hissəsində qeydə alınıb.
Belə ki, "Vaz 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 5 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ