İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənətkarımızı ac qoyuruq, o da kimisə tərifləməli olur”

"Nadir, bu sözümü ömür boyu yadında saxla. Sən bundan sonra haradasa mənim xətrimə dəysən, məni itələyib yıxsan da inciyib küsməyəcəyəm. Sənə bu videoya görə öz minnətdarlığımı bildirirəm, bunu tək sən etdin".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam həmkarı Nadir Qafarzadənin ötən gün paylaşdığı videoya münasibət bildirərkən yazıb.
"Heç kim məndən inciməsin, qəlbimdə hərənin öz yeri var, mən də hamının sənətinə və özünə hörmətlə yanaşıram. Hər janrda musiqini dinləyirəm, sadəcə ona pis oldum ki, bir sənətkar ehtiyac üçün, pul verilsin deyə hamının beyninə nəyisə, kimisə peşəkar kimi qəbul etdirmək istəyir, ona çox kövrəldim. Allah imkansızlığın üzünü qara etsin. Biz həmin sənətkarı da yanımıza çəkməliyik, onu da toylara salmalıyıq ki, bu yollara əl atmasın. Günah bizdədir, sənətkarımızı ac qoyuruq, kömək etmirik, o da kimlərisə tərifləmək məcburiyyətində qalır. Bu gün həmin müsahibəni görəndə çox ağladım. Allah şahiddir ki, indi də ağlaya-ağlaya yazıram"-, deyə xatirə qeyd edib.

Qeyd edək ki, T.Əmrah açıqlamasında "Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam”-, deyə qeyd edib.

Nadir isə video paylaşım edərək Əməkdar artisti qınayıb.


Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR