İnsanlara hürriyət, millətlərə istiqlal!

Taliban "korrupsiya təbliğatı" səbəbilə musiqi alətlərini yandırdı

Bir neçə aydır ki, Taliban hökuməti Əfqanıstanın bir neçə əyalətində, o cümlədən paytaxt Kabildə musiqi alətləri toplayır və yandırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Əfqanıstanın Əxlaqın təşviqi və pisliyin qarşısının alınması nazirliyinin Twitter hesabında deyilir ki, musiqi alətləri cəmiyyətdə "korrupsiyanı təbliğ etmək" üçün istifadə olunub.

Taliban hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin media monitorinq şöbəsinin rəhbəri Əbdülhak Həməd daha əvvəl demişdi ki, mahnı oxumaq və musiqi alətlərində çalmaq şəriət qanunlarına zidd hərəkətdir.

Musiqi alətlərində ifa edənlərə özlərinə və ailələrinə başqa gəlir mənbəyi tapmağı tövsiyə edilib.

Bundan əvvəl Taliban hökuməti heç bir səbəb göstərmədən Əfqanıstanda qadın gözəllik salonlarını bağlamaq qərarına gəlib və əfqan qadınlarına da orta məktəbdə oxumaq, ali təhsil almaq, bir sıra sənaye sahələrində işləmək və kişi qohumunun müşayiəti olmadan səyahət etmək qadağan edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR