İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban” Əfqanıstanda BBC-nin yayımını qadağan etdi

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının yaratdığı Əfqanıstan hökuməti Britaniyanın BBC korporasiyasının ölkədə yayımını qadağan edib.

Məlumata görə, BBC-nin yerli ofisi təsdiq edib ki, şirkətin Əfqanıstanda puştu, fars və özbək dillərində yayımlanan bütün televiziya proqramları dayandırılıb.

Qeyd edək ki, ötən ilin sentyabrın 6-da “Taliban” bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu, ertəsi gün isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR