Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək.
Mərkəzdən Musavat.com-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.
İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ