Onlayn ictimai-siyasi qəzet
Amerikalı jurnalist Taker Karlson Co Baydenin prezidentliyi dövründə ölkə hakimiyyətinin Rusiya lideri Vladimir Putini öldürməyə cəhd etdiyini iddia edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu iddianı həmkarı Mett Taibbi ilə müsahibəsi zamanı səsləndirib. "Bayden administrasiyası Putini öldürməyə çalışırdı. Bu, sadəcə dəlilikdir", - Karlson deyib, ancaq iddiasını sübut edəcək lehinə heç bir təfərrüat və ya arqument təqdim etməyib.
Onun sözlərinə görə, Bayden dövründə dövlət katibi vəzifəsində çalışmış Entoni Blinken fəaliyyətinin son iki ayında “ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün mümkün olan hər şeyi etdi”.
Xatırladaq ki, Taker Karlson ötən ilin fevralında Moskvada Vladimir Putinlə apardığı bir neçə saatlıq müsahibədən sonra bir qayda olaraq Rusiyanın xeyrinə açıqlamalar verir.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ