İnsanlara hürriyət, millətlərə istiqlal!

Tailandda hərbi gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Tailand hərbi dəniz qüvvələrinə məxsus “Sukhothai” gəmisinin qəzaya uğraması nəticəsində azı 6 dənizçinin öldüyü məlum olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın hərbi dəniz qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəminin 105 ekipaj üzvündən 76-sı xilas edilib. Qalan dənizçilərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ABŞ istehsalı olan "Sukhothai" hərbi gəmisi 1987-ci ildən Tailand hərbi dəniz qüvvələrinin istifadəsində olub. Gəmi dekabrın 19-na keçən gecə qasırğa nəticəsində Siam boğazında batıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR