İnsanlara hürriyət, millətlərə istiqlal!

Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verdi

Tailand vətəndaşı Ermənistan prezidenti Vaaqn Xaçaturyanı məhkəməyə verib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kaçaçat Bundi adlı şəxs Xaçaturyandan ona Ermənistan vətəndaşlığının verilməsini istəyir və buna məhkəmə yolu ilə nail olmaq qərarına gəlib.

Bildirilir ki, Ermənistanın İnzibati Məhkəməsi prezidentlə bağlı iddianı icraata götürüb.

Məlumata görə, Bundi 5 ildir Ermənistanda yaşayır. Ölkənin Milli Təhlükəsizlik Xidməti prezidentə müraciət edərək Bundiyə vətəndaşlıq verilməməsini tövsiyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR