Onlayn ictimai-siyasi qəzet
Ötən həftə ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı keçən həftə 33 min nəfər artaraq son 14 ayın ən yüksək səviyyəsinə - 258 min nəfərə çatıb.
Musavat.com ABŞ Əmək Nazirliyinin açıqladığı həftəlik hesabata istinadən xəbər verir ki, bir həftə əvvəl bu rəqəm 225 min idi.
MarketWatch analitiklərinə görə, artım qismən “Helen” qasırğasının təsiri ilə bağlı ola bilər.
Bloomberg-in məlumatına görə, analitiklər orta hesabla müraciətlərin sayının əvvəlki 230 minə qədər artacağını proqnozlaşdırırdılar. Trading Economic analitikləri də 230 min artım gözləyirdi.
Ölkədə son dörd həftə ərzində daha az dəyişkən bir göstərici olan müavinət üçün müraciətlərin orta sayı bir həftə əvvəl 224,25 mindən 231 minə yüksəlib.
Sentyabrın 28-də sona çatan həftə üçün hələ də işsizlik müavinəti alan amerikalıların sayı, bir həftə əvvəlki 1,819 milyon nəfərdən 1,861 milyona yüksəlib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ