İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Pezeşkianın görüşü olacaq

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə “ciddi danışıq” aparacaq.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Türkmənistanın paytaxtında sabah keçiriləcək görüşdə siyasətçilər müxtəlif mövzuları, ilk növbədə iki dövlət arasında münasibətləri müzakirə edəcəklər.

Kreml nümayəndəsi qeyd edib ki, Putin və Pezeşkian Yaxın Şərqdə gərginləşən vəziyyətə də diqqət yetirəcəklər. O qeyd edib ki, Rusiya Federasiyası və İran liderləri ilk dəfə görüşəcəklər.

Eyni zamanda, Pezeşkianla danışıqlardan sonra Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırmır, Peskov əlavə edib.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR