İnsanlara hürriyət, millətlərə istiqlal!

TAİB Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət etdi

Sentyabrın 15-i Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edilməsinin növbəti ildönümüdür.

Bu münasibətlə Türk Ağsaqqalları Birliyi - TAİB həm Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın dəfn olunduğu Şəhidlər Xiyabanını, həm də parlament prospektində yerləşən Türk şəhidliyini ziyarət ediblər.

Türk Ağsaqqalları Birliyinin təmsilçiləri 44 günlük vətən müharibəsində, aprel döyüşlərində və sentyabrın 12-dən 13-ə keçən gecə erməni təxribatlarının qarşısını alarkən canını fəda etmiş əsgər və zabitlərimizin də əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyüblar.

Ziyarətdə məzarlar və abidə üzərinə tər güllər və əklillər qoyulub, ermənilərin ötən əsrdən. bu yana azərbaycanlılara qarşı törətdiyi terror və vandallıq aktarından bəhs olunub.

Qeyd olunub ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də erməni terroru ilə üz-üzədir. 100 il əvvəl də erməni vandalizminə, qəsbkarlığına qarşı mübarizə aparırdıq, bu gün də mənfur qonşuların təxribatlarının qarşısını almağa çalışırıq. TAİB üzvləri jurnalistlırlə söhbətdə bir fikri xüsusi vurğulayıblar: "Bu gün xalqımız Dövlətimiz və Prezidentimiz ətrafında sıx birləşməli və ərazilərimizin əbədi təhlükəsizliyini təmin etmək istiqamətində atıllan addımlara dəstək verməlidir. Dövlətimiz çalışır ki, problem artıq kökündən həll olunsun, qarşıdakı illərdə də bir əsr öncə yaşadığımız hadisələrin təkrarını yaşamayaq və gələcək nəsillərə saxlamayaq".

Qeyd edək ki, Türk Ağsaqqalları Birliyinin təşkil etdiyi ziyarətdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, TAİB-in Qadınlar Şurası, Gənclər Təşkilatının təmsilçiləri, eləcə də Dünya Alpaqut Federasiyasının, Azərbaycan-Türkiyə Gənclərinin Dostuq Cəmiyyətinin rəhbər heyəti və fəalları iştirak edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

1.jpg (111 KB)

2...jpg (103 KB)

2.jpg (107 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR