Onlayn ictimai-siyasi qəzet
Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının və Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Musavat.com bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinə istinadən xəbər verir.
Xarici işlər naziri Ərtoğruloğlu Kipr Türk Xalqının bərabər beynəlxalq statusunu nəzərdə tutan Kiprlə bağlı türk tərəfinin yeni baxışı barədə Böyük Britaniya parlamentinin nümayəndə heyətinə ətraflı məlumat verib.
Kipr türk xalqına qarşı illərdir ədalətsiz şəkildə tətbiq edilən təcrid və embarqoların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin addımlar atmasının lazım olduğunu xatırladan xarici işlər naziri Tahsin Ərtoğruloğlu İngiltərənin Kipr Türk xalqına qarşı öhdəliklərini gec də olsa yerinə yetirməli olduğunu açıqlayıb.
Görüşdə Böyük Britaniya parlamentariləri Pol Bristou, Stiven Metkalf, Brendan Klark Smit, Lord Roqan və keçmiş parlamentari Baronessa Blekstoun, həmçinin KKTC Xarici İşlər Nazirliyinin müşaviri Kamal Köprülü iştirak edib.
Musavat.com
10 Oktyabr 2024
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ