İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Mirkişili: “2023-cü ilin dövlət büdcəsinin gəlirləri 3,005 milyard manat, xərcləri isə 3,215 milyard manat artırılır”

Milli Məclisdə birgə komitələr səviyyəsində 2023-cü ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi davam etdirilib.

Qanun layihəsi iyunun 6-da keçiriləcək plenar iclasa tövsiyə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 3,005 milyard manat, xərcləri isə 3,215 milyard manat artırılır.

“Artan xərclərin 2,260 milyard manatı işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa işlərinin sürətləndirilməsinə, 1,105 milyard manatı müdafiə və milli təhlükəsizliyin daha da güclənməsinə, 0,973 milyard manatı isə digər zəruri xərclərə yönəldiləcəkdir”-komitə sədri əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR