İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şuşada Əhməd bəy Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydır..."-Fazil Mustafa

"Məlumat yaylıb ki, Şuşada Vaqifin əzəmətli abidəsi qoyulur. Vaqif dilimizin şirinliyini yaşadan şairdir, gözəl ədəbi irs qoyub. Onun xatirəsinə böyük bir məqbərə də ucaldılıb və işğaldan sonra əla təmir olunub. Vaqif poeziya günlərinin bərpası da müsbət bir addımdır. Ancaq fikrimcə, Şuşada dahi Üzeyir bəy istisna olmaqla artıq bu müğənni, şair tanıtımını bir az arxada saxlamaq lazım".

Musavat.com xəbər verir ki, bu fikri deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, daha çox dövlət xadimi, mütəfəkkir, hərb qəhrəmanlarının adını qabartmaq lazımdır:

"Qoy Şuşa olsun Pənahəli xan, İbrahim xan, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov kimi şəxsiyyətlərin adı ilə bağlı məkan. Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış "Difai" təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə Cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun  Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı. Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq  deyil, həlledici zərbə vurmaq üçün yenidən bir "Difai' hərəkatına və yaxud ideyasına zərurət var. O cümlədən  Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı. Yəni Şuşa Qarabağda bizim  siyasi və hərbi hakimiyyətin mərkəzi olduğuna görə məhz bu atributların qabardılması vacibdir. Sonra dünya düzələr, ermənilər ram olar, o halda yavaş -yavaş Vaqifin şux gözəli istədiyi qədər Natəvanın qəzəlini zümzümə edər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR