İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadan Türkiyə ərazisinə raket atılıb: ölənlər var

Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub. 

Musavat.com xəbər verir ki, ölkənin Kilis şəhərinə 3 raket düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. 

***

“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, reket məktəb ərazisinə düşüb. Soylu Türkiyə Silahlı Qüvvələrinin xain hücuma sərt cavab verəcəyini vurğulayıb.

***

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR