İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada MÜHARİBƏ! ölkə QAN ÇANAĞI, 356 ÖLÜ VAR, ƏŞ ŞARA “başlayırıq” dedi, Türk ordusu SAVAŞA GİRİR

Suriya hakimiyyəti xarici qüvvənin druz azlığının işlərinə cəlb olunmasına imkan verməyəcək və Suriya xalqı müharibədən qorxmur.

Bunu Suriya Prezidenti Əhməd əş-Şara deyib.

O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsi Suriyanın prioriteti adlandırıb. Suriya lideri həmçinin əlavə edib ki, Suriya müharibədən qorxanlardan deyil:

“Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”.

Qeyd edək ki, İsrail druzların müdafiəsi adı altında Suriyaya zərbələr endirir.

Suriyanın Suveyda şəhərində keçid hökumətinə bağlı qüvvələrlə druz icmasının özünümüdafiə dəstələri arasında baş verən silahlı toqquşmalarda azı 356 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.

Bildirilib ki, ölənlərin arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Qeyd edək ki, son günlər bölgədə vəziyyət gərginləşib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR