İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada gərginlik: PKK ərəb qəbilələrinin qiyamını yatırmağa çalışır

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) ərəb komandirinin həbsindən sonra ərəb qəbilələrinin üsyanını yatırmaq üçün Suriyanın şərqindəki Deyr əz-Zora əlavə qüvvələr göndərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, üsyan SDQ-nin Deyr əz-Zor Şurasının rəhbəri Əbu Hevla kimi tanınan Əhməd Əl Xubeyli həbs etməsindən sonra başlayıb. Əbu Hevla həm də ABŞ-ın qurduğu, terror təşkilatı PKK/YPG-nin əsasını təşkil etdiyi SDQ-nin aparıcı komandirlərindən biri olub.

SDQ vəziyyətlə bağlı ilkin bəyanatında Əbu Hevlanı narkotik ticarəti və Deyr əz-Zor əyalətində İŞİD təhlükəsinə qarşı dura bilməməsi də daxil olmaqla bir çox cinayətlərdə iştirak etdiyinə görə həbs edib.

Qəbilə üzvləri və vətəndaşlar bildiriblər ki, Əbu Hevlanın həbsi ilə artan münaqişə ərəb əhalisinin üstünlük təşkil etdiyi neftlə zəngin əyalətə nəzarət edən SDQ-yə qarşı dərin qəzəb doğurub. SDQ isə ərəblərə qarşı ayrı-seçkilik etmədiyini və kürdlərə edilən haqsızlığı kompensasiya etməyə çalışdığını bildirib.

Yerli mənbələr bazar günündən bəri Fərat çayının şərqində neftlə zəngin strateji bölgədə baş verən qarşıdurmalarda hər iki tərəfdən ən azı 40 döyüşçü və 15 mülki şəxsin həlak olduğunu bildirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR