Onlayn ictimai-siyasi qəzet
Rusiya mənbələrinin məlumatına görə, Suriyanın Hmeymim aviabazası yaxınlığında rus hərbi postlarına hücum olub. Hər iki tərəf arasında ölənlər var.
Musavat.com xəbər verir ki, hadisə səhər saatlarında Hmeymim aviabazasının yaxınlığında yerləşən Latakiya şəhərində baş verib.
Hücum edənlər mühafizə postlarını yararaq keçməyə cəhd göstəriblər.
Rusiya KİV-nin iddiasına görə, atışma nəticəsində hücum edənlərdən üçü öldürülüb, biri isə geri çəkilib. Rusiya hərbçiləri arasında da itkilər olduğu bildirilir.
Rusiya mənbələrinin iddiasına əsasən, hücum edənlər Suriya hökumətini tanımayan Özbəkistan mənşəli şəxslər olub.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ