İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya XİN: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əhəmiyyətli hadisədir

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisədir.

Musavat.com xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani nazir müavini Yalçın Rəfiyevlə görüşündə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib.

Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR