İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıda iftar süfrəsi açıldı - FOTO

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açılan 500 nəfərlik iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti, idmançılar və digər qonaqlar iştirak ediblər.

Musavat.com xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müqəddəs Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını çıxışında qeyd edən  Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib.

İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR