İnsanlara hürriyət, millətlərə istiqlal!

"Super qəhrəman" Tramp BÖYÜK ANONSUNU açıqladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən günlərdə "möhtəşəm açıqlamalar" verəcəyini bəyan edərək ölkədə müəmmalı gözləntilərə səbəb olub.

Musavat.com "New York Times"a istinadən xəbər verir ki, Trampın anonsu Respublikaçılar Partiyası tərəfdarlarını təəccübləndirib.

ABŞ-da bəzi siyasi şərhçilər onun qarşıdan gələn prezident seçkiləri üçün gələcək vitse-prezidentliyə namizədini elan edəcəyi ilə bağlı spekulyativ şərhlər veriblər.

639c408467b0a927740e3018.jpg (76 KB)

Lakin Tramp "böyük anons"unun nə olduğu açıqlayıb.

O özünü super qəhrəman, astronavt və s. kimi müxtəlif fantastik görüntülərdə təsvir edən rəqəmsal kartların satışa çıxarıldığını elan edib. NFT məhsulları kimi tanınan rəqəmsal kartların hər birinin 99 dollar təşkil edir.

Son bir neçə gündə sosial media platformalarında "böyük anonslar" etiketi altında yumoristik paylaşım axını başlayıb. Dünən axşam ABŞ prezidenti Co Bayden də bu trendə qoşulub.

15pol-trump-cards-1-fd9b-mobileM.jpg (647 KB)

Bu heşteqdən istifadə edən Bayden ABŞ hökumətinin nailiyyətlərini “Son bir neçə həftə ərzində mənim də böyük anonslarım oldu...” deyə paylaşıb.

NFT məhsulları rəqəmsal dünyada "tək nüsxə" kimi tanınır və hər hansı bir əmlak kimi alınıb-satılır. Lakin bu dijital kartların maddi forması yoxdur.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR