Onlayn ictimai-siyasi qəzet
Fransa və ABŞ-dan olan alimlər ölümcül aritmiyanın riskini hadisədən 14 gün əvvəl müəyyən edə bilən neyron şəbəkə hazırlayıblar.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, süni intellektin öyrədilməsi üçün ABŞ-dan Hindistana qədər 6 ölkədən toplanmış 240 min gündəlik EKQ (elektrokardioqram) məlumatı istifadə olunub.
Alqoritm yalnız risk zonasındakı pasiyentləri 70% dəqiqliklə müəyyənləşdirmir, həm də tam sağlam şəxsləri 99,9% dəqiqliklə ayırd edə bilir.
Modelin əsasını beynin fəaliyyətini təqlid edən neyron şəbəkə təşkil edir. Bu sistem ürəyin fəaliyyətindəki "zəif siqnalları" aşkar edir və onların yaxın gələcəkdə aritmiya riskinə işarə etdiyini müəyyənləşdirir. Burada əsas parametr kimi mədəciklərin stimulyasiya və relaksasiya (istirahət) vaxtı götürülür.
Növbəti mərhələ isə klinik sınaqlardır. Məqsəd bu süni intellekt sistemini real tibbi praktikaya tətbiq etməkdir.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ