İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “Suriya ilə sərhədi keçməyin, siz İsrail vətəndaşısınız!”

Musavat.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Suriyadakı əməliyyatları ilə bağlı açıqlama verib.

O bildirib ki, Dəməşq və Suveyda istiqamətində həyata keçirilən hücumlarda İsrailin bütün hərbi qüvvələri iştirak edir.

Baş nazir əlavə edib ki, Suriyanın cənub-qərbində — əsasən druzların yaşadığı Suveyda bölgəsində vəziyyət son dərəcə ağırdır.

Bu kontekstdə Netanyahu İsraildə yaşayan druz icmasına da müraciət edib. O, Suriya tərəfinə yardım üçün sərhədi keçməyə çalışan israilli druzlardan bu addımdan çəkinməyi xahiş edib:

“Mənim sizdən bircə xahişim var: siz İsrail vətəndaşısınız, sərhədi keçməyin. Siz həyatınızı təhlükəyə atırsınız, sizi öldürə, girov götürə bilərlər və siz bununla Tzahalın (İsrail Müdafiə Qüvvələrinin) səylərinə mane olursunuz. Odur ki, xahiş edirəm, evinizə qayıdın və Tzahala hərəkət etməyə imkan verin.”

Qeyd edək ki, İsrail son həftələrdə Suriyada İranın və onun dəstəklədiyi silahlı qrupların mövqelərinə qarşı genişmiqyaslı hava əməliyyatlarını intensivləşdirib. Regionda vəziyyət getdikcə daha da gərginləşir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR