İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR