Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda şirkət direktoruna hücum olub.
Xezerxeber.az xəbər verir ki, insident Bakı-Quba yolunun 20-ci kilometrliyində yük maşınları parkında qeydə alınıb. İnsident nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunur ki, hadisə avtomobil təmiri sexində bir müddət rəngsaz işləmiş şəxs tərəfindən törədilib.
Sözügedən hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.
İddialara görə, 39 yaşlı Elton Qurbanov, şirkət direktoru Malik Vəliyevin ofisinə gələrək, əvvəlcə onunla mübahisə edib. Sonra qəfil ona və ətrafdakı insanlara hücum çəkib.
Şirkətin direktoru Malik Vəliyev bildirib ki, Elton Qurbanovun işi onları qane etməyib. Buna görə də sonradan onun fəaliyyətinə icazə verilməyib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Elton Qurbanov bölməyə dəvət edilib.
Hadisə ilə bağlı Elton Qurbanov müsahibə verməsə də, şifahi olaraq bildirib ki, şirkət rəhbəri ilə aralarındakı mübahisə barədə polisə ətraflı məlumat verib.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılır.
Daha ətraflı süjetdə:
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ