İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhpərvər” Paşinyandan absurd təklif və iddialar

“Biz sovet dövründə təsdiq edilmiş de-yure sərhəd xəttinə əsaslanaraq, qoşunların sərhədlərdən aynalı çıxarılması təklifi ilə çıxış etdik”. Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında belə deyib.

“Bundan əlavə, biz qoşunların lokal çıxarılmasını da təklif etmişik və Azərbaycanın cavabını gözləyirik. O cümlədən, Yerasxa (Arazdəyən-red.) sektorunda biz təklif etdik ki, Azərbaycan bir neçə mövqedə bizim ərazimizdən (?-red.) çıxsın, biz isə onların ərazisindən çıxaq. Beləliklə, biz son 1,5 ilin ən qaynar nöqtələrindən birinin məsələsini qarşılıqlı şəkildə həll edəcəyik”, - Paşinyan bildirib.

Eyni zamanda, Paşinyan iddia edib ki, Azərbaycanın regional nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı mövqeyi hələ də aydın deyil.

“Əgər onlar bunu istəsələr, o zaman bizim təkliflərimiz qüvvədə qalır və biz hər an onları həyata keçirməyə hazırıq", - Ermənistanın baş naziri bildirib.

O bildirib ki, regionda dinc inkişaf dövrünün açılmasının alternativi yoxdur.

Bundan əlavə, “sülhpərbər” N.Paşinyan öz ənənəsinə sadiq qalaraq Azərbaycanı ittiham edib. Onun iddiasına görə, Azərbaycan öz hərəkətləri ilə İtəcanı bu gündəmdən yayındırmağa çalışır ki, regionumuzda yeni eskalasiyalar və müharibələr qızışdırmaq siyasəti həyata keçirsin. “Sülh gündəmini həyata keçirmək üçün bizə güclü əsəblər lazımdır və biz öz strategiyamızdan yayınmamalıyıq”, - Paşinyan bildirib.

Sülhdən danışan baş nazir absurd şəkildə Azərbaycanı Qarabağ ermənilərini qazsız qoymaqda, Ermənistandan çəkilən (!-red) qaz kəmərini sıradan çıxarmaqda ittiham edib. Bu da rəsmi İrəvanın sülhə nə qədər “hazır olduğunu” göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR