İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılardan daha bir özbaşınalıq: Ermənistanın baş prokuroru Qarabağda!

İyunun 8-də Ermənistanın baş prokuroru Artur Davtyan qanunsuz olaraq Azərbaycan ərazilərinə gəlib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Erməni prokuror Qarabağdakı terrorçuların başçısı Araik Arutyunyanla görüşüb. Bildirilir ki, görüşdə separatçıların oyuncaq “prokuroru” Qurgen Nersisyan da iştirak edib.

Sual olunur: Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları hansı əsasla Ermənistanın baş prokurorunu Qarabağa buraxıblar? Bəlkə Davtyan İnterpol xətti ilə axtarışda olan Araiki sorğu-sual etməyə gəlib, xəbərimiz yoxdur. Hər halda bu özbaşınalığın cavabı olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR