İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhməramlı” kölgəsində yatan ermənilərdən Azərbaycana SON TƏKLİF

Xəbər verdiyimiz kimi, Qarabağdakı ermənilər Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürüb. Bu barədə separatçı rejim məlumat yayıb. Onlar növbəti görüşə Rusiya sülhməramlılarının iştirakı ilə hazırlaşmaq niyyətlərini bildiriblər.

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Qarabağdakı etnik ermənilərin növbəti görüş istəməsi gözlənilən idi.

ilyas.jpg (91 KB)

Politoloq vurğulayıb ki, humanitar məsələlərin həll olunması, infrastruktur problemlərinin həlli yalnız Bakıdan asılıdır:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, etnik ermənilərin hüquqları, təhlükəsizlikləri, azadlıqları təmin olunacaq və digər Azərbaycan vətəndaşlarına şamil olunan hüquqlar onlara da aid edilə bilər. Amma bunun üçün region hərbsizləşdirilməli, regionda təhlükəsizliyə təhdid yaradan ünsürlər aradan qaldırılmalı, Ermənistan silahlı qüvvələrinin bölmələri regionu tərk etməlidir və yalnız bu xüsusda danışıqlar həyata keçirilə bilər. İlk görüş Xocalıda baş tutduqdan sonra Prezident Administrasiyası növbəti görüşün Bakıda keçirilməsinə dair təkliflə çıxış etdi. Ancaq onlar bu təklifi qəbul etmədilər. Ardınca aprelin ilk həftəsində Bakıda görüşün keçirilməsi ilə bağlı növbəti təklif irəli sürüldü. Gördüyümüz kimi, təklif icra olunmamış qaldı. Ardınca növbəti görüşün sülhməramlıların iştirakı ilə keçirilməsi təklifi irəli sürüldü. Əsas məsələ rəsmi Bakının buna reaksiyasından ibarət olacaq. Çünki növbəti görüşlərin Gəncədə, Bərdədə, Bakıda keçirilməsinə dair razılıq əldə olunmuşdu. Qarşı tərəf bu razılığa əməl etmədi.

Düşünürəm ki, istənilən halda reinteqrasiya prosesi gedir. Azərbaycanın tibb personalının Xankəndidə olması və bu proseslərin yumşaq güclə idarə olunması Azərbaycanın bütün ərazisində suverenliyinin bərqərar olmasına şərait yaradır, ona təminat verir. Hesab edirəm ki, bu proses uğurla həyata keçirilməlidir”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR