Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanla imzalanacaq sülh sazişinə ictimai marağı başa düşmək olar, lakin onun imzalanma vaxtı və yeri ilə bağlı hələlik razılaşmanın olmadığını nəzərə alsaq, biz işi davam etdiririk və o, başa çatdıqdan sonra mətni ictimaiyyətə təqdim edəcəyik".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 20-də jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, bunu məsələyə diplomatik yanaşma adlandırıb.
Qriqoryan Ermənistan hakimiyyəti işi açıq şəkildə həyata keçirdiyini və bütün prosesi ictimaiyyətlə bölüşdüyünü iddai edir.
Onun sözlərinə görə, İrəvan sənədin imzalanması üçün konkret yerlər təklif etməyib, lakin sülh müqaviləsinin imzalanması balanslaşdırılmış şəkildə həyata keçiriləcək.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ