Onlayn ictimai-siyasi qəzet
Bu gün Gəncədə avtomobil idarə edən şəxs sükan arxasında vəfat edib.
Şəhərin Nizami prospektində qeydə alınan hadisədə 1960-cı il təvəllüdlü İlqar Yusibovun idarə etdiyi “Hyundai” markalı maşın işıqfora çırpılıb.
Araşdırma zamanı məlum olub ki, hadisə sürücünün sükan arxasında infarkt keçirməsi nəticəsində baş verib. 63 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.
Əraziyə təcili tibbi yardım əməkdaşları və yol polisi cəlb olunub./Qafqazinfo
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ