İnsanlara hürriyət, millətlərə istiqlal!

Süheylə Cəfərova BMT-nin İnformasiya Mərkəzinə rəhbərlik edəcək

BMT-nin Bakıdakı İnformasiya Mərkəzinin rəhbərliyi və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkə üzrə təmsilçiliyində dəyişiklik olub.

Musavat.com xəbər verir ki, yeni təyinatı ilə əlaqədar bu vəzifədən ayrılan Rəşad Hüseynovu bu ilin sonuna kimi Süheylə Cəfərova əvəz edəcək.

Qeyd edək ki, Rəşad Hüseynov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Regional Ofisinə kommunikasiya məsələləri üzrə məsul şəxs vəzifəsinə təyin olunub (Communications Officer). Bu vəzifədə o, ÜST-nin Mərkəzi Asiya regionunda kommunikasiya fəaliyyətini əlaqələndirəcək.

BMT-nin İnformasiya Mərkəzinə yeni təyin olunmuş Süheylə Cəfərova isə bu təyinata qədər “Bakcell” şirkətində Korporativ Kommunikasiyalar üzrə direktor vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR