İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudanda humanitar atəşkəs daha üç gün uzadılıb

Sudanda beynəlxalq tərəfdaşların səyləri nəticəsində buna qədər qismən yerinə yetirilən atəşkəs rejimi daha üç gün uzadılıb.

AZƏRTAC xəbər verir ki, Sudan ordusu və xüsusi təyinatlı qüvvələr gecə yarısı bitən atəşkəs rejiminin daha 72 saat uzadılmasına razılaşıb. Atəşkəsə ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin, həmçinin BMT və Afrika Regional Təşkilatının səyləri nəticəsində nail olunub.

Xüsusi təyinatlı qüvvələrin lideri Məhəmməd Hamdan Daqlo general Əbdül-Fəttah əl-Burhanı sabiq rejimlə əlbir olmaqda, həmçinin aviasiya və ağır artilleriyadan istifadə etməklə xüsusi təyinatlıların düşərgələrinə hücumların təşkilində ittiham edir. Nizami ordu isə qiyamçıları atəşkəsin mütəmadi pozulmasında günahlandırır.

Hazırda paytaxt Xartumda və Çadla sərhəddə yerləşən Darfur regionunda döyüşlərin davam etdiyi bildirilir.

Hərbi əməliyyatlar insanların kütləvi şəkildə yerdəyişməsinə səbəb olur. Bu ərəfədə Misirin xarici işlər naziri münaqişənin başladığı dövrdən bəri respublikanın 14 min sudanlı qaçqını qəbul etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR