Onlayn ictimai-siyasi qəzet
Amerikada nadir görülən ölüm faktı qeydə alınıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatında Eşli Sammers adlı qadın çox su içməkdən ölüb.
Ailəsi ilə birlikdə getdiyi tətildə 20 dəqiqədə 4 litr su içdiyi deyilən qadının ölüm səbəbinin su zəhərlənməsi olduğu bildirilib.
Həkimlər deyir ki, su zəhərlənməsi insan həddindən artıq su içdikdə və böyrəkdə su çox qaldıqda baş verir. Bu halın baş vermə əlamətləri isə baş ağrısı və mədə bulantısıdır.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ