İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberqdən XƏBƏRDARLIQ - Məlumat təsdiqlənərsə, NATO cavab verəcək

Finlandiya və Estoniya arasındakı “Balticconnector” qaz kəmərinə və rabitə kabelinə dəyən ziyanla bağlı baş verənlər öyrənilir.

Musavat.com xəbər verir ki, bunu NATO-nun b katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, təxribat versiyası təsdiqlənərsə, alyans qəti cavab verəcək.

Baş katib bildirib ki, o, artıq Finlandiya prezidenti Sauli Niinistö və Estoniyanın baş naziri Kaja Kallas ilə danışıqlar aparıb.

"NATO-nun kritik infrastrukturuna qəsdən hücum olduğu sübut olunarsa, alyans buna qəti şəkildə cavab verəcək", - o Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl bildirib.

Qeyd edək ki, oktyabrın 8-də "Balticconnector" operatorları qaz kəmərinin dəniz hissəsində təzyiqin enməsini qeydə alıb.

Finlandiya və Estoniya səlahiyyətliləri sızma barədə məlumat verib. Boru kəməri bağlanıb və sızma dayandırılıb. Finlandiya prezidenti Sauli Niinistö hesab edir ki, qəza xarici təsirlər nəticəsində baş verib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR