İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq İsveç və Finlandiyanı PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlığa çağırıb

İsveç və Finlandiya terrorizmlə mübarizə qanunlarını sərtləşdirməli, həmçinin terrorçuluq və PKK kimi terror təşkilatları ilə mübarizədə NATO, o cümlədən Türkiyə ilə əməkdaşlığı genişləndirməlidir.

“Report” xəbər verir ki, bu barədə noyabrın 20-də NATO-nun Baş katibi Yens Stoltenberq SVT telekanalına müsahibəsində bildirib.

“Antiterror qanunvericiliyinin sərtləşdirilməsi, terrorçuluqla mübarizədə əməkdaşlığın artırılması və silah ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması vacibdir. Türkiyə üçün bu vacibdir, çünki Türkiyə NATO-nun terror hücumlarından ən çox zərər çəkmiş ölkəsidir və bu səbəbdən narahatdır. Bu, mütənasib olmalıdır, lakin Türkiyənin terror hücumlarına qarşı özünümüdafiə haqqı var”, - Alyansın rəhbəri vurğulayıb.

Stoltenberq İsveç və Finlandiyanın üzvlük ərizələrinin ratifikasiyasının uzun müddət çəkməsini “normal” adlandırıb. O vurğulayıb ki, 30 üzv dövlətdən 28-i artıq bunu edib: “Bu dəfə hər şeyin belə sürətlə getməsi normal deyil”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR