İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ və Rusiyanın xeyrinə casusluq edən FTB-nin eks-əməkdaşı vəfat edib

Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Hanssen 79 yaşında ABŞ həbsxanasında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə CBS telekanalı Həbsxanalar Bürosunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Kristi Breşersə istinadən məlumat yayıb.

“Personal təcili yardım üçün müraciət edib. Sonradan məhbusun öldüyü elan edilib”, - Breşers qeyd edib.

Qeyd edək ki, Robert Hanssen 2001-ci il fevralın 20-də həbs edilib. 1985-ci ildən o, Amerika elektron kəşfiyyatı, ABŞ üçün ikili agent kimi işləyən DTK zabitləri haqqında məlumatlar ötürüb. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra o, bu fəaliyyətini dayandırıb və 1999-cu ildə bərpa edib. Hanssen günahını etiraf edib və 2002-ci ildə əfv hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR