İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin dağılacağını proqnozlaşdıran fransız tarixçi: "Artıq III dünya müharibəsi gedir"

Sovet İttifaqının süqutunu dəqiq proqnozlaşdıran fransız tarixçisi Emmanuel Todd III dünya müharibəsinin artıq başladığını bəyan edib. O bunun tətikləyici mexanizminin Ukrayna münaqişəsi olduğunu deyib.
“Le Figaro” qəzetinə müsahibəsində o deyib:“Əvvəlcə ünaqişə məhdud ərazi müharibəsi idi. Sonradan bütün Qərb ilə Çinin dəstəklədiyi Rusiya arasında qlobal iqtisadi qarşıdurmaya çevrildi. Bu, dünya müharibəsinə çevrildi”.

Tarixçi əlavə edib ki, Rusiya iqtisadiyyatının müqaviməti ABŞ imperiya sistemini uçuruma doğru itələyir və Bayden Amerikanı xilas etmək üçün “tələsməlidir”.

“ABŞ-ın qlobal maliyyə sisteminə nəzarəti təhlükə altındadır, çünki Rusiya iqtisadiyyatının sanksiyalara müqaviməti Amerika imperiya sistemini uçuruma aparır, Rusiya hələ də Çinin pul dəstəyinə arxalana bilər. Amerika nə münaqişədən çəkilə, nə də dayana bilər. Kiyevi dəstəkləyir, çünki onun çıxış strategiyası yoxdur və stavkalar çox yüksəkdir. Ona görə də biz indi sonu olmayan müharibənin, qarşıdurmanın içindəyik, bunun da nəticəsi bu və ya digərinin dağılması olmalıdır.

Düşünürəm ki, ruslar ya qalib gələcək, ya da təxminən beş ildən sonra uduzacaq. Bu, çox uzun bir məsafə kimi görünür, amma əslində dünya müharibəsi üçün normal bir müddətdir", - tarixçi əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR