Onlayn ictimai-siyasi qəzet
“Sputnik” "Rossiya Seqodnya" (Russia Today) beynəlxalq xəbər agentliyi tərəfindən təsis edilmiş
- internet saytları,
- onlayn yayımlar
- radio-yayım xidməti və mətbuat mərkəzlərini özündə birləşdirən xəbər agentliyidir.
Agentliyin baş ofisi Moskvada yerləşir. Rəsmi saytı: sputniknews.com
Agentlik dünya siyasəti və iqtisadiyyatı xəbərlərini işıqlandırır və daha çox xarici auditoriyaya yönəlib. Agentliyin xəbər saytları 30-dan çox dildə, o cümlədən ingilis, ispan, polyak, qırğız, serb və başqa dillərdə fəaliyyət göstərir. Saytlar da həmçinin radioyayım xidməti var. Sputnik-in sələfi Rusiyanın dövlət xəbər agentliyi olan RİA Novosti-nin beynəlxalq departamentidir və onun xəbərlərinin əksəriyyəti Moskvadan ötürülür. Nəşrin baş redaktoru Marqarita Simonyandır.
Radio
Radio Sputnik - yayımlanan Sputnik platformasının audio komponentidir. O, "Rusiyanın səsi" radiostansiyasının varisidir. 90-dan çox şəhər və 20 ölkədə FM, DAB/DAB+ (rəqəmsal radio), HD Radio, mobil proqramlar və internetdə fəaliyyət göstərir. Sputnik Radio əksər peyk retranslyatorlarında yayımlanır, o cümlədən Galaxy-19 peyki vasitəsilə Şimali Amerikada ingilis dilində fasiləsiz fəaliyyət göstərir.
Sputnik.Polls (Sputnik.Sorğu)
2015-ci ilin yanvarında Sputnik agentliyi "Sputnik.Polls" layihəsini işə salıb, məqsədi, dünyanın müxtəlif bölgələrində ictimai rəy sorğusu keçirməkdir. Sorğular Populus və Ifop tərəfindən Avropa ölkələri və ABŞ-ın sakinləri arasında aparılır. Sputnik.Sorğu siyasi həyat və beynəlxalq münasibətlər mövzularında keçirilir. Sorğu nəticəsində əldə edilən məlumatlar press-relizlər vasitəsilə mediaya yayılır və Sputnik saytlarında dərc olunur.
Sputnikin jurnalistlər, ixtisaslaşdırılmış ali təhsil müəssisələrinin tələbələri, mətbuat işçiləri və digər media mütəxəssisləri üçün xarici həmkarları ilə təcrübə mübadiləsinə, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir. Müxtəlif formatlarda layihənin mövcud olduğu müddətdə burada 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun canlı ustad dərsləri Abxaziya, Azərbaycan, Ermənistan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya və Cənubi Osetiyada keçirilib.
Sputnik.Images
Sputnik agentliyinin fotobankıdır. Foto bankda abunə əsasında mövcud olan 2 milyondan çox fotoşəkil var. Materiallara arxiv və əməliyyat fotoşəkilləri, həmçinin infoqrafika və digər məlumat təqdimat formatları daxildir.
Yayımlandığı dil və nümayəndəliklər
Sputnik-in ABŞ (Vaşinqton), Misir (Qahirə), Çin (Pekin), Böyük Britaniya (Edinburq), Uruqvay (Montevideo), Qırğızıstan (Bişkek) kimi müxtəlif ölkələrdə regional nümayəndəlikləri və ofisləri var.
Agentliyin xəbər saytları 30-dan çox dildə, o cümlədən ingilis, ispan, polyak, qırğız, serb və başqa dillərdə fəaliyyət göstərir. Sputnik saytları və radio stansiyaları ingilis, alman, fransız, italyan, ispan, portuqal, ərəb, çin, yapon, türk, yunan, vyetnam, polyak, çex, serb, fars, dari, gürcü, erməni, Azərbaycan , qazax, özbək, tacik, qırğız, belarus, moldavan, latış, litva, abxaz, osetin dillərində yayımlanır.
Həmçinin belarus, erməni, azərbaycan, gürcü, qazax, özbək, tacik, qırğız, latış, litva, eston, moldavan, abxaz, osetin versiyalarında əlavə rus dili redaksiyası da mövcuddur.
Beləliklə, Sputnik-in fəaliyyət göstərdiyi dövlətlərdə nümayəndəlikləri:
Qərəzli təbliğatda ittiham
Sputnik RT ilə birlikdə tez-tez Qərb dövlətləri, siyasi xadimləri, ictimai və siyasi təşkilatları tərəfindən müxtəlif hesabatlarda birtərəfli təbliğat aparan orqan kimi qeyd olunur. Agentlik Qərbin bir sıra nüfuzlu şəxsləri tərəfindən də açıq təbliğatda ittiham edilib.
Bloklanma
Hollandiya Russia Today və Sputnik-ə qadağa qoyub (8 mart 2022-ci il). Hollandiya internet provayderləri Russia Today və Sputnik News saytlarını bloklayıblar. 2022-ci il martın 8-dən Russia Today və Sputnik News saytları Hollandiyanın VodafoneZiggo, T-Mobile və KPN internet provayderləri tərəfindən bloklanıb. (mənbə)
Fatktyoxla.az
09 Oktyabr 2024
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ