Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Lori vilayətində atışma hadisəsi qeydə alınıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Cinayət xəbərləri saytı Shamshyan.com-un məlumat yayıb.
Saytın xəbərinə görə dünən saat təxminən 20:30 radələrində polisə Spitak şəhərində bir qrup şəxs arasında mübahisə düşdüyü və bu zaman atəş səslərinin eşidildiyi barədə operativ məlumat daxil olub.
Saytın yazdığına əsasən, mübahisə, əlbəyaxa dava və atəş səsləri Ermənistanın keçmiş deputatı, Respublikaçılar Partiyasının üzvü və iş adamı Arkadi Ambarsumyannın evinin qarşısında baş verib.
Polis xuliqanlıqda şübhəli bilinən 7 nəfəri, o cümlədən keçmiş deputatın oğlunu saxlayıb.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ