İnsanlara hürriyət, millətlərə istiqlal!

Sözə qulaq asdılar, boşanası olmadılar - 1384 cütlük boşanmaq fikrindən daşınıb

Ötən ilin statistikasına əsasən, dövlət qeydiyyatına alınan nikahların sayı 10 faizə qədər artıb, boşanmaların sayı isə nisbətən azalıb.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

“Ölkəmizdə aparılan hüquq-məhkəmə islahatlarının nəticəsində vətəndaşların hüquqlarının məhkəmə yolu ilə müdafiəsinin gücləndirilməsi ictimai etimadın artmasına səbəb olmuşdur. Həmçinin hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədilə ölkəmizdə yeni institut – mediasiya institutu yaradılıb. Qeyd etmək lazımdır ki, mediasiya proseslərində daha çox ailə mübahisələri üstünlük təşkil edilir.

Həmçinin mən onu da vurğulamaq istəyirəm ki, nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq psixoloq xidmətləri təklif olunur. Məhz bunun sayəsində 2018-ci ildən bu yana ümumilikdə 7619 nikahın pozulması üçün müraciət edən şəxslərdən 1384 cütlük, yəni 2768 nəfər bu fikirdən daşınıb. Bu, onlara göstərilən psixoloq xidmətlərinin də uğurudur. Hansı ki biz bu prosesi Bakıdan əlavə, bölgələrimizdə də həyata keçirməyi planlaşdırırıq”, - o əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR