İnsanlara hürriyət, millətlərə istiqlal!

 Şoyqunun müavini ilə bağlı inanılmaz korrupsiya faktları ortaya çıxdı

 

Rusiya Müdafiə nazirliyi sektoruna nəzarət edən Timur İvanovun ailəsi ilə bağlı korrupsiya faktları üzə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı müxalif siyasətçi Aleksey Navalnının komandası xüsusi araşdırma yazısı dərc edib.

Materiala görə, İvanov və xanımı Svetlana tətilə, villa və yaxtaların, zinət əşyalarının və paltarların kirayəsi üçün bir milyon avrodan çox pul xərcləyib, məmurun həyat yoldaşının şəxsi hesabları isə dağıdılmış Mariupolunun bərpası ilə məşğul olan şirkət tərəfindən ödənilib.

Svetlana İvanovanın elektron poçtunun arxivini araşdıran Navalnının tərəfdaşlarının dediyinə görə, 2018-ci ildə Rusiya müdafiə nazirinin müavininin ailəsi yalnız Fransanın Sen-Trope kurortunda villaların kirayəsi üçün ən azı 850 min avro xərcləyib. Elə həmin 2018-ci ildə Timur İvanov və həyat yoldaşı İstanbulda ad günlərini qeyd edib  və bu da 178 min avroya başa gəlib.

Bundan əvvəl İvanovlar ailəsi 120 min avro dəyərində "Rolls-Royce Corniche" avtomobilini alıb, üstəlik onun əlavə avadanlıqları üçün 75 min avro xərcləyib. İvanovların rəsmi elan edilmiş illik gəlirləri hətta sonuncu rəqəmdən demək olar ki, beş dəfə azdır.

Bundan başqa, Svetlana İvanovanın bir çox hesablarının məsələn, zərgərlik məmulatlarının alınması üçün bütün xərclərin Rusiya Müdafiə Nazirliyinin podratçısı olan "Olimpsitistroy" şirkəti ilə əlaqəli firmalar tərəfindən ödənildiyi ortaya çıxıb. Yuxarıda göstərildiyi kimi, şirkət xüsusilə xiran olunmuş Mariupolda yaşayış binaları tikir.

Timur İvanov 2016-cı ildən Rusiya Müdafiə nazirinin müavinidir. Bundan əvvəl o, həm də dörd il Sergey Şoyqunun qubernatorluq etdiyi illərdə Moskva vilayətinin hökumətində işləyib.

Bu ilin oktyabrında Avropa İttifaqı müdafiə nazirinin müavininə qarşı sanksiyalar tətbiq edib. Bundan sonra İvanov həyat yoldaşı ilə boşanma ərizəsi verib, lakin Navalnının komandası bunun uydurma olduğunu və onun əsl məqsədinin məmurun sanksiyalardan qaçmaq olduğunu iddia edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR