İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqudan Almaniyaya sərt xəbərdarlıq: “Bizim də çıxaracaq çox şeyimiz var”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Almaniya kansleri Fridrix Mertzin Ukraynaya zərbə məsafəsi ilə bağlı məhdudiyyətlərin götürülməsi barədə bəyanatına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Şoyqu bu məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib: “Bizim də cavab olaraq çıxaracaq çox şeyimiz var. Buna əmin olun”.

O, Almaniya tərəfinin mövqeyini qeyri-ciddi və dəyişkən adlandırıb: “Bir deyirlər qadağaları götürdük, bir deyirlər götürmədik, sonra deyirlər çoxdan götürmüşük. Bu, mənə ciddi görüşə gəlmiş bir gimnaziya şagirdini xatırladır”.

Şoyqunun bu ifadəsi Almaniya rəhbərliyinin mövqeyini qeyri-müəyyən və ziddiyyətli hesab etdiyini göstərir.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Mertz son günlər Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsi ilə bağlı qadağaların aradan qaldırılmasına dair açıqlama vermişdi. Bu bəyanat Moskvanın sərt reaksiyasına səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR