İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu AÇIQLADI: “İslahatlar aparılacaq”

“3 il ərzində Rusiya qoşunlarının sayı 1,5 milyona çatdırılmalıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu ordu islahatları ilə bağlı müavinləri, qoşun növlərinin baş komandanları və komandirlərilə görüşdə deyib.

Son məlumatlara görə, Rusiya qoşunlarının sayı bir milyona yaxındır. 2 milyona yaxın insan isə ehtiyat qüvvə sayılır. İslahat çərçivəsində Müdafiə Nazirliyi Kareliyada ordu korpusu, həmçinin Silahlı Qüvvələrin 2 yeni spesifik strateji ərazi birliyi – Moskva və Leninqrad hərbi dairələri yaratmağı planlaşdırır. Bundan əlavə, Quru Qoşunlarının tərkibində 3 motoatıcı diviziya və Hava Desant Qüvvələrində 2 hava hücumu diviziyası yaradılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR