İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu: "200 mindən çox insan orduya yazılıb"

Qismən səfərbərlik çərçivəsində Rusiyada 200 mindən çox insan orduya yazılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, səfərbər olunanların zəruri geyim dəstləri və digər əmlakla təmin edilməsi, hərbi vəzifələrə təyin edilməsi barədə müvafiq rəsmi şəxslərə tapşırıqlar verilib:

“Təşkil edilmiş bölmələrin şəxsi heyətinin hazırlığı səksən poliqonda və altı təlim mərkəzində aparılır”.

O qeyd edib ki, səfərbərliyə cəlb edilmiş vətəndaşların təlimi 80 poliqonda və 6 təlim mərkəzində aparılır.

Müdafiə naziri bildirib ki, çoxlu sayda könüllü komissarlıqlara müraciət edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR