İnsanlara hürriyət, millətlərə istiqlal!

Soylu niyə nazir olmaq istəmir - rəylər

Mustafa İlıcalı: “Belə bir istefanın gerçəkləşəcəyini zənn etmirəm”

Türkiyə daxili işlər naziri Süleyman Soylu növbəti dəfə prezident Rəcəb Tayyib Ərdoğandan onu istefaya göndərməsini istəyib. Türkiyə mətbuatının məlumatına görə, Soylu bu barədə Nazirlər Kabinetinin Beştəpədə keçirilən iclasında deyib. Ərdoğanın bununla bağlı hansı qərarı verdiyi məlum deyil.

Türkiyəli jurnalist Bünyamin Gülər isə Soylunun yerinə prezident Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən Faruk Çelikin gətiriləcəyini iddia edib.

Xatırladaq ki, Süleyman Soylu 2021-ci ildə də istefa ərizəsi vermişdi. Lakin Rəcəb Tayyib Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.

Maraqlıdır, Soylu niyə nazir olmaq istəmir? Bəs Ərdoğan niyə onun istefasını qəbul etmir? Peşəkarlığına, yoxsa sədaqətinə görə?

Prof. Dr. Mustafa Ilıcalı: ​Kanal İstanbul güç eksenini değiştirecek milli  çıkarlarımız için desteklemeliyiz - Yeni Şafak

AKP-dən olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı məsələyə bu cür şərh verdi: “Sayın Soylunu çox yaxından tanıyıram. Son 3-4 ildə terrorla mübarizədə jandarmlar (polislər) böyük mübarizə aparırlar, rəşadət göstərirlər. Günlər öncə polis evinə basqın edildi. Basqın edənlər dərhal yaxalandı. Mətbuatda onun istefası ilə bağlı məlumatlar gedir. Amma bunlar təsdiqini tapmayıb. Onun üçün də konkret bir dəyərləndirmənin edilməsi doğru olmazdı. Əgər bu olarsa, Cümhurbaşqanı tərəfindən ictimaiyyətə açıqlanacaq. Açığı, terrorla geniş şəkildə mübarizə aparıldığı bir vaxtda belə bir istefanın gerçəkləşəcəyini zənn etmirəm”.

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Soylunun uğurlu nazir olduğunu söylədi: “Süleyman Soylunun istefası ilə bağlı xəbərlər son günlər çox geniş yayılıb. O, 2016-cı ildən bu vəzifənin başındadır. Ondan əvvəl sosial müdafiə naziri olub. Hakim Ədalət və İnkişaf Partiyasına da sonradan qatılıb. Başqa bir partiyanın lideri idi. O, Ərdoğana yaxın fiqur sayılır. Daxili işlər naziri vəzifəsində bir çoxları onun uğurlu fəaliyyət göstərdiyini bildirir. PKK-ya qarşı mübarizədə çox böyük nəticələr əldə edib. Hətta son açıqlamalarından biri budur ki, Türkiyədə PKK terrorçularının sayı azalıb və gələn 2023-cü ildə, Türkiyə Cümhuriyyətinin yüz illiyində onları da bitirəcək. Buna baxmayaraq, onun tənqidçiləri də çoxdur. Müxalifət onu çox sərt tənqid edir, səhvlərini qabartmağa çalışır. Ona görə də ola bilsin ki, Süleyman Soylu bu tənqidlərdən bir qədər yorulduğuna görə vəzifəsindən istefa vermək istəyində olsun. Əvvəllər də o bir neçə dəfə istefa vermək istəyib. Ərizəsini hətta Ərdoğana belə təqdim edib. Sadəcə, istefa qəbul olunmayıb. Soylunu dəstəkləyən liderlərdən biri də Dövlət Baxçalıdır. Amma mümkündür artıq vəzifəsi ilə vidalaşsın və başqası onu əvəz etsin. Amma bunu dəqiq söyləmək indiki halda çətindir. Çünki istefa xəbəri təsdiqlənməyib”.

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa  çalışırlar

 Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu iki mühüm amilə görə Soylunun mövqelərinin bir qədər zəiflədiyini düşünür: “Bunu birmənalı şəkildə demək çətindir. Süleyman Soylu hazırkı komandanın ən məşhur üzvlərindən biridir, üstəlik rəhbərlik etdiyi nazirlik həm ölkə daxilində, həm də kənarda İraq ərazisində antiterror əməliyyatları həyata keçirir. Yəni hazırkı komandada vacib fiqurlardan biri hesab olunur. Amma eyni zamanda çox ciddi açıqları var. Xüsusilə iki mühüm hadisəni qeyd etmək lazımdır. Birincisi, Soylunun Ərdoğanın kürəkəni Berat Albayrakla münaqişəsi idi. Berat hakimiyyət içərisində çox güclü mövqeyi olan biridir. Soylunun onunla toqquşması onun mövqelərini zəiflətdi. İkinci mühüm amil Sedat Pekerin məlum videoları idi. Bu videolarda daxili işlər nazirinə qarşı çox ağır ittihamlar yer alırdı. Ancaq Soylunun güclü fiqur olması və fəallığı onu Ərdoğan üçün vacib şəxs edir. Yoxsa normalda bu qədər ittihamlar qarşısında başqa nazir ya getmişdi, ya da göndərilmişdi. Ancaq görünür, indi vəziyyət dəyişir. Bu istefa qərarının qarşıdan gələn seçkilərlə bağlı olması da mümkündür. Lakin hələlik Ərdoğan Soylunu itirmək istəmir. Lakin siyasətdə əvəzolunmaz şəxs yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR