İnsanlara hürriyət, millətlərə istiqlal!

Şotlandiya baş nazirinin ailəsi Qəzzada qalıb

Şotlandiyanın baş naziri Həmzə Yusuf həyat yoldaşı Nadia Əl-Naklanın valideynlərinin Qəzzada mühasirədə qaldığını bildirib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə BBC-yə açıqlamasında deyib.

Pakistan əsilli müsəlman Həmzə Yusuf bildirib ki, Şotlandiyanın Dandi şəhərində yaşayan qayınanası və qayınatasının hücumlardan bir müddət əvvəl xəstə ata və anasını görmək üçün Qəzzaya getdiyini deyib.

Yusuf qohumlarının Qəzzanı tərk edə bilməyəcəklərini və İngiltərə Xarici İşlər Nazirliyinin onların təhlükəsiz geri qayıtmalarına zəmanət verə bilməyəcəyini söyləyib.

Baş nazir qeyd edib ki, o, həyat yoldaşı ilə çox narahat olub və valideynlərinin həaytından nigarandır.

“Son 48 və 72 saatda təəssüf ki, çox sayda günahsız insanın həyatını itirdiyini gördük. Günahsız bir israillinin həyatı mənim üçün günahsız bir fələstinlinin həyatı ilə bərabərdir”, - baş nazir BBC-yə açıqlamasında deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR