Onlayn ictimai-siyasi qəzet
Tacikistan parlamenti sosial şəbəkələrdəki "like" və emojilərə görə cinayət məsuliyyətini aradan qaldıran qanun layihəsini təsdiqləyib.
Musavat.com xəbər verir ki, yeni qanun aprel ayının 10-da parlamentin yeni tərkibinin ilk sessiyasında qəbul olunub.
Qanun layihəsini Baş prokurorun birinci müavini Umed Karımzoda təqdim edib. Qəbul edilən dəyişikliklər sosial mediada paylaşımlara “like” qoymaq və emosiya bildirmək kimi hərəkətlərin artıq hüquqi məsuliyyətə səbəb olmayacağını təsdiqləyir.
Qeyd edək ki, bu təcrübə ölkə prezidenti Emoməli Rəhmon tərəfindən də əvvəllər tənqid olunmuşdu. Hazırda bu səbəbdən 1507 nəfər məhkum edilmişdi. Yeni qanunla onların hüquqi vəziyyətinə yenidən baxıla bilər.
Musavat.com
15 Aprel 2025
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ